“HƏMAS tam atəşkəs və Qəzza xalqına kömək üçün yeganə maneədir”- BAYDEN

ABŞ prezidenti Co Bayden və Qətər əmiri Təmim bin Həməd Əl Tani İsrail və HƏMAS arasında atəşkəsi və girovların azad edilməsinə dair razılaşmanı müzakirə ediblər.

Azpost.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Onlar təsdiq etdilər ki, hazırda nəzərdən keçirilən hərtərəfli atəşkəs və girovların azad edilməsi sazişi Qəzzada böhrana son qoymaq üçün konkret yol xəritəsi təklif edir. Prezident İsrailin HƏMAS-ın indi təklif etdiyi şərtlərlə irəliləməyə hazır olduğunu təsdiqləyib”, – məlumatda bildirilir.

Ağ Evdən verilən açıqlamaya görə, prezident Bayden ABŞ-ın razılaşmanın şərtlərinin tam şəkildə yerinə yetirilməsini təmin etmək üçün Misir və Qətərlə işləyəcəyini deyib.

ABŞ prezidenti Qətər əmirini HƏMAS-ın razılığa gəlməsi üçün bütün lazımi tədbirləri görməyə çağırıb. Bayden deyib ki, HƏMAS tam atəşkəs və Qəzza xalqına kömək üçün yeganə maneədir.

Bayden Qəzza zolağında saxlanılan bütün girovları azad etmək üçün göstərdikləri yorulmaz səylərə görə əmirə və onun yüksək səviyyəli komandasına təşəkkür edib və yaxın günlərdə sıx koordinasiyanı davam etdirməyə razılaşıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.