İran, Çin və Rusiya Qərbə çağırış etdi- Birgə bəyanat

İran, Çin və Rusiya 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üçün zəruri tədbirlər görməyə çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

“Ölkələrimiz bua fəaliyyət planının güclü dəstək verib. Biz digər tərəflərlə birlikdə 2015-ci ildə bu planın sazişinin əldə edilməsinə, sonra isə onun həyata keçirilməsinə səbəb olan danışıqlara vaxt və səy sərf etdik”, – üç ölkənin təqdim etdiyi birgə bəyanatda deyilir.

Bəyanatı Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov təqdim edib.

2015-ci ildə BMT Təhlükəsizlik Şurasının daimi beş üzvü (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya) və Almaniya tərəfindən Tehranın nüvə inkişafı ilə bağlı böhranın aradan qaldırılması üçün İranla birgə hərtərəfli fəaliyyət planı imzalanıb.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.