Bu gün keçirilən sertifikatlaşdırma imtahanından keçə bilməyən müəllimlərin işinə nə zaman xitam veriləcəyinə münasibət bildirilib.
Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib ki, ilkin mərhələdə əldə olunan nəticələr hələ yekun deyil:
“Qarşıdakı günlərdə apellyasiya müraciətlərinə baxılacaq. Yekun nəticələr olduqdan sonra növbəti addımlar atılacaq və bu zaman ictimaiyyətə öncədən məlumat veriləcək”.