Ermənistan parlamentində müxalifətin çağırdığı iclas baş tutmayıb

Ermənistan Milli Assambleyasının parlament müxalifətinin təşəbbüsü ilə keçirilən iclası baş tutmayıb.
“Sputnik Armenia” xəbər verir ki, hakim “Mülki müqavilə” fraksiya deputatlarının əvvəllər söz verdiyi kimi, lazımi kvorumu təmin etməyib.
Xatırladaq ki, müxalifətin “Hayastan” və “Şərəfim var” blokları ötən həftə parlamentdə hökumətin istefası və yeni parlamentin formalaşdırılması ilə bağlı təklif səsləndirmişdilər.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.