Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə “Zirə” klubunun da rəqibi bəlli olacaq.
Püşkatma mərasimində səpələnməmişlər səbətində yer alan Azərbaycan təmsilçisinin 6 potensial rəqibi var. Bunlar Moldovanın “Şerif”, Sloveniyanın “Maribor”, Qazaxıstanın “Tobol”, Polşanın “Visla”, Kiprin “Pafos və Macarıstanın “Paks” klublarıdır.
Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-də, cavab matçları isə 18-də keçiriləcək.