Ukraynalı futbolçular baş məşqçini paltardəyişmə otağından qovublar

Avropa çempionatının ilk oyununda Ukrayna yığması Rumıniyaya 0:3 hesabı ilə məğlub olub.

Apasport.az “goal.com” portalına istinadla xəbər verir ki, görüş başa çatdıqdan sonra ukraynalı futbolçular baş məşqçi Sergey Rebrovun paltardəyişmə otağını tərk etməsini tələb ediblər.

Oyunçular mentorun iştirakı olmadan söhbət etmək qərarına gəliblər.

AVRO-2024-ün qrup mərhələsinin ikinci turunda Ukrayna millisi Slovakiya yığması ilə qarşılaşacaq. Bu mərhələnin son oyununda Rebrovun komandası Belçika ilə üz-üzə gələcək.

Qeyd edək ki, iyunun 14-ü start götürən Avropa çempionatı iyulun 14-dək Almaniyada keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.