Putinlə Ərdoğan Astana görüşündə nələri müzakirə edəcəklər?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

İclasın gündəliyinə Ukrayna münaqişəsi və Qara dəniz taxıl təşəbbüsünün funksiyasının gücləndirilməsinin daxil olacaq.

Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşdə Rusiya lideri iyulda ŞƏT sammiti çərçivəsində Ərdoğanla görüşməyi planlaşdırdığını da bildirib. Nazir cavab olaraq türkiyəli həmkarının salamlarını Putinə çatdırıb və Kremldə qəbula görə Putinə təşəkkür edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.