Ukrayna PUA-larla Kursk vilayətində binaya zərbə endirib –5 nəfər həlak olub

Ötən gecə Ukraynaya məxsus PUA-lar Kursk vilayətindəki yaşayış binasına zərbə endirib, nəticədə 5 nəfər ölüb.

Bu barədə vilayətin qubernatoru Aleksey Smirnov “Telegram” kanalında yazıb:

 

“Bu gecə Ukraynaya məxsus kvadrokopter Rılsk rayonunun Qorodişe kəndindəki yaşayış binasına hücum edib. Nəticədə ikisi azyaşlı olmaqla, 5 nəfər ölüb. İki nəfər Rılsk Rayon Xəstəxanasına aparılıb. Onlara tibbi yardım göstərilib” – deyə qubernator  yazıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.