Polis rəisi bələdiyyə seçkilərinə namizədliyini irəli sürüb

Azərbaycanda polis rəisi bələdiyyə seçkilərinə namizədliyini irəli sürüb.

“Report”un əldə etdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Cəlilabad istismar səhəsinin rəisi Hüseynağa Hüseynov 68 saylı Cəlilabad kənd seçki dairəsi (Alar kəndi) üzrə bələdiyyə üzvlüyünə namizədliyini verib.

1958-ci il təvəllüdlü H.Hüseynov bitərəf olaraq öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

DİN-in Mətbuat Xidməti məsələni şərh etməyib.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir