Rusiya prezidenti Vladimir Putin turizm vergisinin tətbiqi haqqında qanun imzalayıb.
Azpost.info xəbər verir ki, qanun 2025-ci ildən tətbiq olunacaq.
Bələdiyyələr hansı tarifi seçmək barədə müstəqil qərar verəcəklər.
Sənədə əsasən, maksimum vergi dərəcəsi mehmanxanada yerləşmə dəyərinin 1 faizi olacaq. Bu nisbət 2029-cu ilə qədər hər il bir faiz bəndi artacaq. Vergi, həmçinin xüsusi hərbi əməliyyat iştirakçıları da daxil olmaqla, müəyyən kateqoriyalı vətəndaşlardan tutulmayacaq.
Azpost.info