Rusiya İranın strateji müttəfiqidir” –Prezident Pezeşkian

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian bildirib ki, rəsmi Tehran Rusiya və Çinlə dostluğa böyük dəyər verir.

Bu barədə Pezeşkianın “Tehran Tayms” qəzetində dərc edilən dünya ictimaiyyətinə müraciətində deyilir.

 

Onun sözlərinə görə, Rusiya İranın dəyərli strateji müttəfiqidir və onun administrasiyası iki ölkə arasında əməkdaşlığı genişləndirməyə və gücləndirməyə davam edəcək.

“Çin və Rusiya çətin zamanlarımızda həmişə bizə dəstək olublar. Biz bu dostluğu çox yüksək qiymətləndiririk”, = dövlət başçısı vurğulayıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.