“Kiyevdən gələn təhdidlər göz qabağındadır”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril
Budanovun Rusiya lideri Vladimir Putinə sui-qəsd cəhdi ilə bağlı etirafına münasibətində bildirib.
O qeyd edib ki, bu səbəbdən də dövlət başçısının təhlükəsizliyi lazımi səviyyədə təmin edilir.
“Kiyev rejiminin bütün təhdidləri göz qabağındadır. Ona görə də birinci şəxsin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir”, – Peskov bildirib.
Daha əvvəl Budanov etiraf edib ki, Ukrayna tərəfi dəfələrlə Putinin həyatına sui-qəsdlər təşkil edib. Bununla belə, bütün cəhdlər uğursuz alınıb.
Azpost.info