Oğlunun dəbdəbəli toyu hindistanlı milyarderə neçəyə başa gəlib?- “The Guardian” açıqladı /VİDEO

Hindistanlı milyarder Mukeş Ambaninin oğlu Anantın aylardır davam edən toy mərasimləri təxminən 600 milyon dollara başa gəlib.

Azpost.info xəbər verir ki, bu barədə “The Guardian” analitiklərin hesablamalarına istinadən yazır.

Bəyin atası yeni evlənənlərə Dubaydakı Palm Jumeirah adasında 10 otaqlı villa və özəl çimərlik hədiyyə edib.

Gəlin Hindistanın ən böyük əczaçılıq şirkəti Encore Healthcare-in qurucularının qızı Radhika Merçantdır. Gənclər bir-birlərini uşaqlıqdan tanıyırlar və 2018-ci ildə münasibətlərini açıqlayıblar.

Anantın toy şənlikləri mart ayında başlayıb və iyulun 14-də başa çatacaq.

Dəvətli qonaqlar arasında dünyanın məşhur simaları – Hollivud və Bollivud ulduzları, biznes maqnatları və siyasətçilər də var.

Azpost.info

 

Bollivud kino ulduzları da toyda iştirak edib. 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.