Şahruddin “Qarabağ”a qayıdır –FOTO

«Qarabağ» növbəti transfer xəbərini açıqlamağa hazırlaşır.

Şahruddin Məhəmmədəliyev 11 aylıq aradan sonra geri qayıdır. 2023-cü ilin sentyabrında «Adana Demirspor»a keçmiş kiper geri dönməyə razılıq verib.

O, hazırda azad agent statusu daşıyır. Türkiyə klubu maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün dağıstanlı «əlcək sahibi» kontraktına qarşılıqlı razılaşma əsasında xitam verib.

Son anda başqa bir problem ortaya çıxmasa, Məhəmmədəliyev anlaşmya imza atacaq.

Şahruddin 2016-2023-cü illər aralığında «köhlən atlar»ın şərəfini qoruyub. Əslində, Qurban Qurbanov bu transferi öncədən nəzərdə tutmayıb. (Sportinfo.az)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.