Mərt Müldürün qolu Avropa çempionatının ən yaxşısı seçilib

Almaniyada keçirilmiş futbol üzrə Avropa çempionatının ən yaxşı qolu açıqlanıb.

UEFA-nın məlumatına görə, qalib azarkeşlər arasında keçirilmiş sorğunun nəticələrinə əsasən müəyyənləşib.

Fanatlar Türkiyə millisinin müdafiəçisi Mərt Müldürün qrup mərhələsinin ilk turunda Gürcüstan millisinin qapısına vurduğu topu turnirin ən yaxşı qolu seçiblər.

Qeyd edək ki, həmin qarşılaşma “ay-ulduzlular”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə yığması 1/4 finalda Niderlanda uduzaraq (1:2) “Avro-2024″də mübarizəni dayandırıb(trend).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.