Sabiq diplomat Emin Şaiq İbrahimov saxlanılıb.
Bu barədə vəkil Aqil Layıc sosial şəbəkə hesabında məlumat paylaşıb.
Məlumata görə, o, adam bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev vəkilin paylaşımına yazdığı rəydə bildirib ki, belə bir hadisə baş verib: “E.İbrahimov saxlanılıb. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır” , – E.Hacıyev qeyd edib.