UEFA Ukrayna klubunu Konfrans Liqasından kənarlaşdırıb

UEFA Ukraynanın “Dnepr-1” komandasını Konfrans Liqasından kənarlaşdırıb.

Azərtac Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna klubun iflasa uğramaq təhlükəsi ilə üz-üzə qalması səbəb olub. Turnirin II təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiyası” komandası ilə qarşılaşmalı olan Ukrayna təmsilçisinə texniki məğlubiyyət verib.

Komanda daha əvvəl analoji səbəbdən Ukrayna Premyer Liqasından uzaqlaşdırılıb.

Qeyd edək ki, 2015-ci ildə əsası qoyulan “Dnepr-1” fəaliyyətini dayandıra bilər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.