Xarkovda partlayış baş verib.
Azpost.info bildirir ki, bu barədə şəhərin meri İqor Terexov bildirib.
“Xarkovda partlayış səsi eşidilib”, – Terexov Telegram kanalında yazıb.
Daha sonra mer şəhərdə ikinci partlayışın baş verdiyini açıqlayıb.
Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, hava həyəcan siqnalı Ukraynanın Xarkov, Dnepropetrovsk, Kirovoqrad, Poltava, Sumı, Çerkassı və Kiyev vilayətlərində, eləcə də Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsində səslənir.