Ötən həftə ABŞ prezidenti Bayden Las-Veqasa səfəri zamanı təcili tibbi yardım tələb olunub.
Azpost.info bildirir ki, bu barədə “Dossier” məlumat yayıb.
Nəşr qeyd edir ki, Ağ Ev rəhbəri şəhərə seçki yarışı çərçivəsində gəlib. Lakin siyasətçinin səhhəti ilə əlaqədar səfər yarımçıq qalmalı olub. Co Bayden tibbi yardım aldıqdan sonra Las-Veqası təyyarə ilə tərk edib.
Jurnalistlər onu da aydınlaşdırıblar ki, kəşfiyyat xidmətləri Baydenin səhhətinin vəziyyəti barədə siqnal aldıqdan sonra prezidentin gəlməli olduğu yerli tibb mərkəzini mühasirəyə alıb. Lakin sonradan prezidentin komandası xəstəxanaya yerləşdirmədən imtina edib.