“Paris-2024”:Azərbaycan badmintonçusu ilk görüşünü keçirib

Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

N qrupunda yer alan idmançı ilk görüşündə çinli He Bin Çzyao ilə qarşılaşıb.

Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Dünya reytinqinin ilk “onluğ”unda qərarlaşan Çin idmançısı ilk setdə 21:8, ikinci setdə isə 21:7 hesablı üstünlük qazanıb.

Keişa Fatimə Zəhra qrupda növbəti oyununu iyulun 29-da Böyük Britaniya badmintonçusu Kristi Gilmora qarşı keçirəcək(azərtac).

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.