Yay Olimpiya Oyunları:Hidayət Heydərov yarımfinala çıxıb

Cüdo üzrə Azərbaycan millisinin üzvü Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

73 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz kanadalı Artur Margelidon ilə qarşılaşıb.

Əlavə vaxtda ipponla rəqibinə qalib gələn H.Heydərov yarımfinala adlayıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.