UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Sabah” və “Makkabi” (Hayfa, İsrail) komandaları arasında oyunda hesab açılıb.
“Bank Respublika Arena”da keçirilən görüşün 17-ci dəqiqəsində rəqibin heyətində Dolev Aziza fərqlənib.
Matçı slovakiyalı referi Peter Kraloviç idarə edir.
Qeyd edək ki, ilk görüşdə “Sabah” 3:0 hesabı ilə qalib gəlib.
20:01
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Sabah” və “Makkabi” (Hayfa, İsrail) komandaları arasında oyun başlayıb.
“Bank Respublika Arena”da keçirilən qarşılaşma 20:00-da start götürüb.
Matçı slovakiyalı referi Peter Kraloviç idarə edir.
Xatırladaq ki, ilk görüşdə “Sabah” 3:0 hesabı ilə qalib gəlib.