“İran yaxın 24 saat ərzində İsraili vura bilər”- Blinkendən XƏBƏRDARLIQ

İran və “Hizbullah” yaxın 24-48 saat ərzində İsraili vura bilər.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken G7 xarici işlər nazirləri ilı telefon danışıqları zamanı bildirib.

Bu barədə “Axios” xəbər platforması öz mənbələrinə istinadən məlumat yayıb.

Vəziyyətlə tanış olan üç mənbənin dediyinə görə, Blinken G7 həmkarları ilə məlum zərbənin miqyasını minimuma endirmək üçün danışıqlar aparıb.

İran iyunun 31-də Beyruta endirilən hava hücumu nəticəsində “Hizbullah” komandirlərindən birinin öldürülməsi və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlinin qisasını alacağına söz verib.

Mənbələr bildirir ki, Blinken İran və Hizbullahın İsrailə hücum edəcəyinə əmindir, lakin hücumun dəqiq necə həyata keçiriləcəyi bəlli deyil.  Qeyd edilib ki, Vaşinqton bu hücumu mümkün qədər zəiflətməyə, sonra isə İsrailin ona mümkün cavabını yumşaltmağa çalışır.

Blinken G7 xarici işlər nazirlərindən maksimum təmkinlilik nümayiş etdirmək üçün İran, “Hizbullah” və İsrailə diplomatik təzyiq göstərmələrini istəyib. ABŞ dövlət katibi həmçinin Yaxın Şərqdə vəziyyətin gərginləşməsinin Qəzzada atəşkəs danışıqlarına təsirindən məyus olduğunu bildirib. Blinken qeyd edib ki, Haniyə öldürülməzdən əvvəl tərəflər razılığa gəlməyə çox yaxın idilər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.