Macarıstan Şengen zonasından çıxarılacaq?- Açıqlama

“Avropa İttifaqı Budapeştin Rusiya və Belarus vətəndaşları üçün viza siyasətinin liberallaşdırılması istiqamətində atdığı addımlara cavab olaraq Macarıstanın Şengen zonasından çıxarılması imkanını nəzərdən keçirməməlidir”.

Azpost.info xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.

“Bildiyiniz kimi, Şengen zonasından çıxarılma Avropa İttifaqından çıxarılma yolunda atılan ilk addımdır. Mən dövlətlərin Aİ-dən çıxarılması ilə bağlı bəyanatlarda ehtiyatlı olmağı tövsiyə edərdim. Avropa macarları özündən uzaqlaşdırmamalıdır”,- Tusk deyib.

Bir sıra Avropa KİV-ləri, o cümlədən “Financial Times” yazıb ki, Macarıstan Rusiya və Belarus da daxil olmaqla 8 ölkənin vətəndaşları üçün viza rejimini yüngülləşdirməyə qərar verib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.