BƏƏ İsrail və HƏMAS arasında vasitəçi qismində çıxış edən Misir, Qətər və ABŞ-ın təşəbbüsünü dəstəklədiyini bildirib. Həmçinin münaqişə tərəflərini avqustun 15-də atəşkəslə bağlı danışıqları bərpa etməyə çağırıb.
Azpost.info xəbər verir ki, bu barədə BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan bildirib.
Küveyt və Oman da münaqişə tərəflərinə oxşar müraciət ünvanlayıblar.
Azpost.info