Sumqayıtda partlayış olub.
Hadisə 8-ci mikrorayon ərazisində, 27 A ünvanındakı yaşayış binasında qeydə alınıb.
Orada olan bir nəfərin əlində qumbara partladığı və həmin şəxsin öldüyü bildirilir.
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.