“KVN”-nin vəfat etmiş aparıcısı Aleksandr Maslyakovun məzarı dağıdılıb –VİDEO

“KVN-Planeta”nın məşhur aparıcısı Aleksandr Maslyakovun qəbrinə qarşı vandalizm aktı törədilib.

Azpost.info bildirir ki, bu barədə “Mash” teleqram kanalı görünütlər yayıb.

19 yaşlı Kirill K. Novodeviçi qəbiristanlığında Maslyakovun məzarını söküb, qəbrin üzərindən xaçı çıxarıb. O bağıraraq deyib ki,  Maslyakov burada yatmağa layiq deyil.

Vandal saxlanılıb. Məlum olub ki, onun uzun müddətdir psixi problemləri var, bir neçə dəfə xəstəxanada yatıb. Vandalizmi törədərəkən çox guman ki, narkotikin təsiri altında olub.

Maslyakovun məzarı bərpa edilib.

Aleksandr Maslyakov bir müddət əvvəl vəfat edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.