Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb

Yeni Zelandiya Rusiya və Belarusa qarşı yeni sanksiyalar paketini açıqlayıb.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN başçısı bildirib ki, məhdudlaşdırıcı tədbirlərin tətbiqi Rusiyanın hərəkətlərini dəstəkləyənləri məsuliyyətə cəlb etmək üçün beynəlxalq səviyyədə həmfikirlərlə birgə səydir.

“Xarici işlər naziri Uinston Peters bu gün hökumətin davam edən cavabının bir hissəsi olaraq əlavə sanksiyaları açıqlayıb. Bu yeni sanksiyalar beş şəxsə və altı təşkilata qarşı yönəlib”, – məlumatda deyilir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.