Türkiyənin qocaman siyasətçilərindən olan Recai Kutan vəfat edib

Türkiyənin Səadət Partiyasının qurucularından olan Recai Kutan 94 yaşında vəfat edib.

Bu barədə Səadət Partiyasının rəsmi “X” hesabında bildirilib.

Recai Kutan 1977-ci ildə deputat seçilib, koalisiya hökumətində nazir postu tutub. O, Türkiyədə 1980-ci il 12 sentyabr dövlət çevrilişindən sonra həbs olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.