Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Banner

2 milyard yaşı olan qaya tapıldı –

User 09 Oktyabr 2024 - 11:04 (Last updated: 21 May 2025 - 20:15)
qaya 2 milyard

Bu günə qədər tərkibindəki mikrobların hamısını saxlayan, onların məhv olmasına imkan verməyən iki milyard illik yaşı olan qaya tapılıb. Alimlərin fikrincə, onlar elm aləmində ilk dəfə planetin dərinliklərində yaşayan, həmçinin ən qədim tarixə malik olan mikroorqanizmləri aşkar ediblər.

Azpost.info bildirir ki, aparılan elmi araşdırmaların nəticələri ilə bağlı “Microbial Ecology” jurnalında yeni məqalə dərc olunub.

İki milyard illik bu cins mikrob ailəsi elm adamları tərəfindən Cənubi Afrikada kəşf edilib. Belə bir heyrətamiz, elmdə ilk olan kəşf bu gün də mövcudluğunu qorumağı bacaran qədim mikrob həyatının kəşfi ilə bağlı daha çox yeni informasiyalar, eləcə də sensasiyalı bilgilər verib. Belə ki, yeni kəşfin əsas özəlliyi ondan ibarətdir ki, bu orqanizmlər qədim qayaların içərisindən tapılmış ən qədim mikroorqanizmlərdir.

Məqalədə deyilir: “Bu kəşfdən əvvəl canlı mikroorqanizmlərin tapıldığı və tarixilik baxımından ən qədim geoloji təbəqələrin təxmin edildiyi kimi 100 milyon ilə qədər yaşı olduğuna, müxtəlif okeanlar dibində yerləşildiyinə inanılırdı. Lakin yenicə üzə çıxan elmi faktlar, aparılmış araşdırmalar göstərdi ki, hətta tapılmış iki milyard illik qayalarda da yaşayış məqsədi ilə yararlı olan, həmçinin də yerdəki qədim həyatın öyrənilməsi üçün elmi nöqteyi-nəzərdən mühüm olan perspektivlər, həmçinin bir çox sualların cavabları var. Tapılan qədim qayanın tərkibində yaşayıb məskən salan belə nadir mikrobların DNT-sinin, həm də genomlarının öyrənilməsi həmçinin yerdə yaranmış erkən dövr həyat formalarının təkamülünü başa düşməyə də kömək edə bilər. Məlum olduğu kimi bu elmi kəşf və yaxud yeni üzə çıxmış mikroorqanizmlər maqmanın planet səthinin alt hissəsində yavaş-yavaş soyuması nəticəsində əmələ gəldiyindən məhz elmdə yer kürəsinə ən böyük müdaxilələrindən biri kimi Buşveld Maqmatik Kompleksində qazılmış qədim qayada, möhürlənmiş çatda aşkar edilib. Xatırladaq ki, bu kompleks dünyanın ən zəngin filiz yataqlarını və dünyada platin ehtiyatlarının təxminən 70 faizini özünün xəzinəsində qoruyur.”.

Alimlər qeyd ediblər ki, bu orqanizmlərin təkamül prosesi çox ləng gedir və onlar mühafizə olunmağı yaxşı bacarırlar, çünki yer səthinin dərinliklərində yaşayırlar. Bu proseslə bağlı aparılmış son tədqiqatlara görə kəşf olunmuş mikrob geoloji zaman miqyasında iki milyard ilə qədər mövcud olması mümkündür.

“Microbial Ecology” jurnalı mikroblu qaya ilə bağlı axtarışların hansı şəraitdə, necə keçdiyini detallarınadək belə təsvir edib: “Böyük bir elmi qrup yaradılandan sonra işə başlanılıb və Beynəlxalq Kontinental Elmi Qazma Proqramının böyük yardımı sayəsində tədqiqatçılar dərinliyi 15 metr olan çuxur qazıblar, daha sonra quyudan 30 santimetr uzunluğunda daş bir süxur nümunəsi çıxardıblar. Diqqətli araşdırma nəticəsində alimlərə məlum olub ki, qaya çatlarında gil plomblardan istifadə edilən qoruyucu sahə və xarici mühitdən təcrid olunmuş canlı mikrob hüceyrələr hələ də yaşayır. “.

Mikrobların həqiqətən də bu nümunədən gəldiyini təsdiqləmək üçün elm adamları mikroorqanizmlərin özlərinin zülallarını, həm də onların ətrafındakı gil süxurlarını daha ətraflı tədqiq, təhlil etmək məqsədi ilə infraqırmızı spektroskopiyadan geniş istifadə ediblər. Bu üsullar isə nümunənin çirklənmə ehtimalının tamamilə aradan qaldırılmasına kömək edir.

Bu kəşf təkcə Yer planeti üçün deyil, həm də Marsın tədqiqi üçün çox mühüm elmi əhəmiyyət kəsb edir. Tapılmış mikroblar digər planetlərin səthinin altında həyatın mövcud olması ehtimalına işıq sala bilər.

Oqtay Qorçu

Azpost.info

Post navigation

Previous: 9 ayda Azərbaycanda 79 mindən çox uşaq anadan olub
Next: Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar sabah ödəniləcək

Oxşar xəbərlər

kelbecer
  • Banner
  • Sosial

“Türkiyə Azərbaycana helikopter vermədi” iddiası doğrudurmu? –

User 12 Mart 2026 - 19:46
ziya bunaydov elcibey
  • Banner

Azərbaycanın Rusiyaya birləşdirilməsinə etiraz edən iki məşhur alimə necə cəza verilib? –

User 22 Fevral 2026 - 10:00
mumiya esas
  • Banner

Firon sərdabələrini açan alimlər niyə ölürdülər? –

User 17 Fevral 2026 - 20:27

xƏBƏR

ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi

User 08 Noyabr 2026 - 13:56
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında...
Read more about Ərdoğan Azərbaycana səfərə gəldi
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.