“Ruslara viza verərkən əlavə yoxlamalar aparın!”- Macarıstana yeni TƏLƏB

Macarıstan hakimiyyətinin ruslara əlavə yoxlamalar olmadan viza verməsi Avropa İttifaqının təhlükəsizliyinə təhlükə yaradır.

Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentinin iclasında deyib.

“Macarıstan hökuməti Rusiya vətəndaşlarına əlavə yoxlamalar olmadan viza verir ki, bu da Aİ-nin təhlükəsizliyinə təhdid edir”, – o bildirib.

Onun sözlərinə görə, Budapeşt xarici müdaxiləyə qapı açmır: “Biz Avropa sərhədlərini gücləndirməliyik və bu, yalnız bütün Avropa ölkələrinin daha geniş əməkdaşlığı ilə mümkündür”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.