” Biz Ukrayna müqavimətini siyasi, maliyyə və hərbi dəstəklə gücləndirməyə davam etməliyik”.
Azpost.info bildirir ki, bu sözləri Avropa Parlamentinin iclasında Avropa Komissiyasının sədri Ursula fon der Leyen çıxışı zamanı deyib.
O qeyd edib ki, ukraynalılar müharibənin üçüncü qışına qədəm qoyurlar: “Rusiya isə bunu əvvəlkilərdən daha da ağırlaşdırmağa çalışır. Ukrayna və Avropa üçün ədalətli sülhə nail olmağın yalnız bir yolu var. Biz Ukrayna müqavimətini siyasi, maliyyə və hərbi dəstəklə gücləndirməyə davam etməliyik”.
Xanım Leyen bildirib ki, keçən ay Kiyevdə Ukraynaya 35 milyard avroya qədər kredit verəcəklərini bəyan edib: “Bu kredit dondurulmuş Rusiya aktivlərindən əldə edilən mənfəət hesabına ödəniləcək. Bu məbləğ birbaşa Ukraynanın dövlət büdcəsinə daxil olacaq. Rusiyaya vurduğu ziyanı ödəməyə məcbur edirik. Biz bütün qış boyu və lazım olan qədər Ukraynanın yanında olacağıq”.
Azpost.info