ABŞ Rusiya nümayəndə heyətinin bəzi üzvlərinə BMT Baş Assambleyasının Birinci Komitəsinin iclaslarında iştirak etmək üçün viza verməkdən imtina edib.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
“Baş Assambleyanın birinci komitəsi işə başladı və bizim nümayəndələrin heç də hamısı viza ala bilmədi. Hesab edirik ki, bu, qətiyyən yolverilməzdir”, – Verşinin deyib.
O əlavə edib ki, Rusiya tərəfi hazırda bu məsələni BMT-nin mənzil-qərargahının yerləşdiyi ölkə ilə əlaqələr komitəsində fəal müzakirə edir və arbitrajın zəruriliyində israr edir.
BMT Baş Assambleyasının Birinci Komitəsi hər il yüksək səviyyəli həftə ərzində ümumi müzakirələr başa çatdıqdan sonra toplanır. Onun əsas fəaliyyəti tərksilah və beynəlxalq təhlükəsizlik məsələlərinə yönəlib.
Azpost.info