Tramp prezidentlikdən getdikdən sonra Putinə 7 dəfə zəng edib?- Kremldən AÇIQLAMA

Kreml Bob Vudvordun “Donald Tramp prezidentlikdən getdikdən sonra Rusiya prezidenti Vladimir Putinlə yeddi dəfə telefonla əlaqə saxlayıb” iddiasını yalanladı.

Azpost.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu məlumatın həqiqətə uyğun olmadığını bildirib.

Telefon əlaqəsi ilə bağlı məlumat “Vaşinqton Post”un keçmiş əməkdaşı, “Watergate” qalmaqalını araşdırması ilə məşhurlaşan Bob Vudvord “Müharibə” kitabında yer alıb. Kitab oktyabrın 15-də işıq üzü görəcək, lakin onun bəzi məzmunu artıq CNN və “The Washington Post” tərəfindən açıqlanıb.

Trampın seçki kampaniyasının sözçüsü Stiven Çunq Vudvordu kəskin tənqid edərək, onu uydurma hekayələrin müəllifi adlandırıb, lakin respublikaçının prezidentlikdən getməsindən sonra

Trampla Putin arasında təmaslar barədə xəbərləri birbaşa təkzib etməyib. Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədliyini irəli sürən senator J.D.Vens deyib ki, bu doğru olsa belə, başqa ölkələrin prezidentləri ilə ünsiyyətdə heç bir qəbahət yoxdur.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.