“İsrail İranın neft obyektlərinə hücum etsə, cavab daha ağır olacaq”- İranlı deputat

İsrail İranın neft emalı zavodlarına hücum edərsə, Tehran İsrail və müttəfiqlərinin neft obyektlərini özünün qanuni hədəfi hesab edəcək.

Azpost.info xəbər verir ki, bunu İran parlamentinin üzvü Məhəmməd Rza Sabaqian Bafqi deyib.

“Əgər sionistlər İranın neft obyektlərinə hücum edərlərsə, bizim cavabımız daha güclü olacaq. İranın enerji təhlükəsizliyini zəiflətmək üçün düşmənlərin aqressiv hərəkətləri cavabsız qalmır. Bu dəfə İsrailin və sionist rejimin müttəfiqlərinin bütün neft obyektləri bizim üçün qanuni hədəfə çevriləcək”, – o deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.