Şəhid ailələrinə və veteranlara ödənilən təqaüdlərin məbləği açıqlandı

44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirlərinin bir istiqaməti də onların sosial ödənişlərlə təminatıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin dövrdə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,1 min şəxsə birdəfəlik ödəmə təyin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, postmüharibə dövründə həmin kateqoriyalara aid şəxslərə ödənilən müavinət və təqaüdlərin məbləği orta hesabla iki dəfəyədək artırılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.