NATO ölkələri 2014-cü ildən sonra Ukraynaya hərbi yardım göstərsəydi, silahlı münaqişənin qarşısı alına bilərdi.
Azpost.info xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq “Politico”ya bildirib.
O, Alyansın müttəfiqlərini tənqid etməyib, lakin onların Kiyevə kömək etmək üçün daha çox iş görə biləcəyini deyib.
“Əgər 2022-ci ildən sonra tədarük etdiyimiz silahların heç olmasa bir hissəsini əvvəldən təhvil versəydik, əslində hərbi münaqişənin qarşısını ala bilərdik”, – Stoltenberq bildirib.
Azpost.info