Reablitasiya Mərkəzində narkomaniya əleyhinə növbəti tədbir keçrilib –FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqasının “Gənclərin seçimi: Narkomaniyasız dünya” adlı layihəsinin 5-ci tədbiri Qurtuluş reabilitasiya mərkəzində keçirildi.

İlk öncə 10 il, 18 il, 23 il xəstələnib sağalan insanlar başlarına gələn nümunələrdən danışdılar. Daha sonra sosial şəbəkələrdə gördükdən sonda öz istəyi ilə reabilitasiya mərkəzinə qoşulan lakin məxfiliyi qorunmağı xahiş eden 25 nəfər gənclə görüşürdü.  Təşkilatın sədri eyni zamanda layihə rəhbəri Elçin Çobanzadə reabilitasiya mərkəzində yaradılan şəraitlə tanış oldular. Sonra xatirə şəkli çəkildi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihənin tərəfdaşları  El-1 idman liqası, Neftçi İdman Klubu və Azərbaycan Dövlət Reklam Agentliyidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.