“Yeni dünya nizamı qurulur və bu prosesin geridönüşü yoxdur”- PUTİN

putin
putin

Beynəlxalq münasibətlər köklü dəyişikliklər dövrünə qədəm qoyub və indi yeni nizam formalaşır.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkmənistandakı forumda deyib.

Aşqabadda keçirilən və görkəmli türkmən mütəfəkkiri Məqtimqulu Fraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş forumda Putin türkmən mütəfəkkirinin öz əsərlərində ədalət və bərabərliyə, harmoniyaya, tolerantlığa və anlaşmaya çağırdığını bildirib.

Onun fikrincə, bu, mövcud reallıqlarda xüsusilə aktualdır: “Dünyanın misli görünməmiş təhlükələrlə üzləşdiyi, beynəlxalq münasibətlərin qlobal əsaslı dəyişikliklər dövrünə qədəm qoyduğu, yeni dünya nizamının qurulduğu indiki şəraitdə bu, xüsusilə aktualdır. Və bu prosesin geridönüşü yoxdur”.

Rusiya prezidenti beynəlxalq forumda iştirak etmək üçün Türkmənistana gedib. Tədbirdə həmçinin 10-dan çox dövlətin rəhbərləri, müxtəlif assosiasiyaların, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının rəhbərləri iştirak edəcək. Vladimir Putin forum çərçivəsində ayrı-ayrı ikitərəfli görüşlər planlaşdırır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.