Almaniya Kiyevə 600 milyon avroluq yeni hərbi yardım paketi ayıracaq- ŞOLTS

Almaniya Ukraynaya 600 milyon avro məbləğində yeni hərbi yardım paketi təqdim edəcək.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Berlin bu dəfə Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə diqqət yetirəcək.

Kansler əlavə edib ki, Almaniya müttəfiqlərinin dəstəyi ilə ilin sonuna qədər Ukraynaya 1,4 milyard avro dəyərində hərbi yardım paketi verəcək. Öz növbəsində Zelenski qeyd edib ki, o, münaqişənin 2025-ci ildən gec olmayaraq bitəcəyini gözləyir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.