Gürcüstanın Baş naziri sui-qəsd cəhdlərindən ehtiyat edir

Gürcüstan Baş naziri İrakli Kobaxidze hüquq-mühafizə orqanlarının əməkdaşlarını oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi müxalifətin təxribatlarının qarşısını almağa çağırıb.

Azpost.info xəbər verir ki, o, 2016-cı ildə deputat Givi Tarqamadze ilə olduğu kimi, məmurlara qarşı sui-qəsd cəhdlərini də istisna etməyib.

“Mən bütün hüquq-mühafizə orqanlarını yaxın iki həftə ərzində xüsusilə sayıq olmağa və təxribatların qarşısını almaq üçün xüsusi ehtiyatla çalışmağa çağırıram”, – Kobaxidze bildirib.

Onun sözlərinə görə, dövlət istənilən təxribata ən sərt cavabı verəcək. Eyni zamanda, o qeyd edib ki, seçki kampaniyası görünməmiş sakit atmosferdə keçir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.