Mingəçevirdə oğul atasını döyərək öldürüb

Oktyabrın 12-də saat 13 radələrində Mingəçevir şəhəri, Sahil küçəsi ünvanında 1960-cı il təvəllüdlü Heydar Nəbiyevin üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Mingəçevir şəhər prokurorluğundan verilən xəbərə görə, araşdırma zamanı 1992-ci il təvəllüdlü Vüsal Nəbiyevin oktyabrın 11-də axşam saatlarında atası Heydar Nəbiyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Vüsal Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.