Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə parlamentinin rəhbəri Numan Kurtulmuşla görüşüb.
Azpost.info bildirir ki, bu barədə S.Qafarova paylaşımında bildirib.
Görüş İsveçrədə baş tutub.
“Bu gün İsveçrənin Cenevrə şəhərinə işgüzar səfərimiz çərçivəsində dost və qardaş Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşməkdən məmnun qaldıq”-deyə spiker yazıb.
