“Rusiya casusları getdikcə aqressivləşir, MI5 direktorunun sözləri ilə desək, Britaniya və Avropanın küçələrində xaosa səbəb olmağa çalışırlar”.
Azpost.info xəbər verir ki, bunu Almaniyanın daxili təhlükəsizlik xidmətinin rəhbəri Tomas Haldenvanq deyib.
Onun sözlərinə görə, belə cəhdlərdən biri boşa çıxıb və xoşbəxtlikdən mülki təyyarənin məhvinə səbəb olmayıb.
“Hadisə bu il baş verib. Leypsiqdəki DHL logistika mərkəzində təyyarənin yük anbarında daşınması nəzərdə tutulan bağlama uçuşdan əvvəl yanıb. Bu uçuş zamanı baş versəydi, fəlakətə səbəb olardı”, – Haldenvanq bildirib.
“Financial Times” yazır ki, o, bağlamanın olduğu təyyarənin sərnişin və ya yük təyyarəsi olduğunu açıqlamayıb.
Azpost.info