İlon Mask 15 milyard dollar itirib

Amerikalı iş adamı, milyarder İlon Maskın “Tesla Robotaxi” təqdimatından sonra 15 milyard dollar itirdiyi bildirilib.

Biznesmen Maskın sərvəti “Tesla” şirkəti tərəfindən istehsal olunan robot taksinin təqdimatından sonra 15 milyard dollara qədər azalıb.

Azpost.info bildirir ki, bu barədə xəbəri “Business Insider” yayıb.

2024-cü ilin oktyabr ayının 11-nə keçən gecə yeni və müasir model “Cybercab” pilotsuz robot taksi təqdim olunub. Lakin bu təqdimat nə investorları, nə də “Wall Street” analitiklərini heyran etməyib.

Nəticədə şirkətin səhmləri 9%-dən çox – hər səhm üçün 238,77 dollardan 217,8 dollara qədər ucuzlaşıb. Bu isə şirkətin səhmlərinin təxminən 13%-nə sahib olan Maskın sərvətinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib.

“Bloomberg Billionaires İndex”-in verdiyi məlumata görə, milyarderin bu səbəbdən sərvətinin azaldığı barədə dəqiq məbləğ 15 milyard dollardır. Buna baxmayaraq o, hələ də dünyanın ən zəngin adamı hesab olunur. Artıq Maskın sərvəti 240 milyard dollara çatıb.

Analitiklər “Tesla” şirkətinin özünü idarə edən avtomobillərin istehsalını artırmaq planı barədə tm əhatəli və inandırıcı təsir bağışlayan təfərrüatları almadıqları üçün narazı qalıblar. Bundan əlavə, investorlar “Robotaxi” avtomobili buraxılışının təklif olunduğu tarixə də şübhə ilə yanaşıblar.

Qeyd edək ki, Mask həmçinin “Tesla”-nın “2027-ci ilə qədər” avtonom robot taksi modellərinin istehsalının planlaşdırdığını açıqlamışdı. Milyarder həm də bildirib ki, bu avtomobilin qiyməti 30.000 dollardan aşağı olacaq.

Əslində “Tesla Robotaxi” avtomobilinin təqdimatı avqust ayına planlaşdırılsa da, daha sonra oktyabr ayında təxirə salınıb. Səbəbin isə konstruktorlara avtomobilin bəzi elementlərinin yenidən işlənməsi ilə bağlı tapşırığın verilməsi göstərilib.

Bu hadisədən sonra isə təqdimatın təxirə salınması fonunda milyarder İlon Maskın sahibi olduğu “Tesla” şirkətinin səhmləri sürətlə düşüb və 7% ucuzlaşıb.

Məhz elə bunun nəticəsində İlon Mask 15 milyard dollar itirməli olub.

Oqtay Qorçu

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.