ABŞ heç vaxt sülh sazişinin imzalanmasını COP29-la əlaqələndirməyib- Dövlət Departamenti

ABŞ heç vaxt Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının imzalanmasını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29) Bakıda keçirilməsi ilə əlaqələndirməyib.

Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller keçirdiyi ənənəvi brifinqdə deyib.

O bildirib ki, ölkəsi hələ bir neçə ay əvvəl tərəflərin sülh razılaşması imzalamasını görməyi arzulayıb və buna çalışıb:

“Biz ümid edirik ki, Azərbaycan və Ermənistan yekun nəticədə bu sənədi imzalayacaq. Lakin bu ABŞ-dən deyil, bilavasitə tərəflərin özündən asılıdır”(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.