Sülhə nail olmaq üçün Kiyev ayılmalı və münaqişənin səbəblərini dərk etməlidir.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Ukrayna üçün əsl sülh planı onun yeritdiyi siyasətin puçluğunun dərk edilməsi olacaq.
“Orada heç bir plan yoxdur. Həqiqi plan Kiyev rejiminin yeritdiyi siyasətin mənasızlığını dərk etməsi, ayılmaq və Ukrayna ətrafında münaqişəyə səbəb olan amilləri dərk etməkdir”, – Peskov deyib.
Azpost.info