Avropa Liqası:“Qarabağ” bu gün “Ayaks”ı qəbul edəcək

“Qarabağ” bu gün UEFA Avropa Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq.

Ağdam təmsilçisi III tur qarşılaşmasında Bakıda Niderlandın “Ayaks” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq görüşün start fiti saat 20:45-də səslənəcək. Matçı şotlandiyalı hakim Nikolas Uolş idarə edəcək.

İlk 3 turdan sonra 4 xalı olan Amsterdam təmsilçisi 8-ci, xalı olmayan Ağdam klubu isə 34-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Qurban Qurbanovun kollektivi daha əvvəl keçirdiyi oyunlarda İngiltərədə “Tottenhem”ə 0:3, doğma meydanda isə İsveçin “Malmö” komandasında 1:2 hesabı ilə məğlub olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.