Bir nəfərlik unikal sosial şəbəkə icad edilib.
Azpost.info “TechCrunch”a istinadən bildirir ki, “App Store” SocialAI adlanan və bir nəfər üçün nəzərdə tutulan sosial şəbəkəni təqdim edib. Siz orada fotoşəkilləri və həyat hekayələrini yükləyə bilərsiniz. Lakin bu statuslarınızı, həyat hekayələrinizi yalnız virtual botlar müzakirə edəcək.
Şəbəkə necə çalışır?
İstifadəçi qeydiyyatdan sonra neyron şəbəkə abunəçiləri üçün təqdim olunmuş simvolları seçə bilər. “Optimistlər”, “eksentriklər”, “ziyalılar”, “narazılar” və daha 28 kateqoriyaya salınmış xarakter nümayəndələri sizə ruhlandırıcı şərhlər yazacaq, bəyənəcək və ya əksinə istifadəçini öz istəyi ilə tənqid edəcəklər.
SocialAI sizə süni intellekt botlarının sonsuz sayda cavab yaradacağı postlar yerləşdirməyə imkan verir. Şərhlər mehribandan tutmuş istehzaya qədər müxtəlif tonda ola bilər.
“Abunəçilərin” növü botların qarşılıqlı əlaqəsinin xarakterini müəyyən edəcək. İstifadəçinin dəstəyə ehtiyacı varsa, o, “tərəfdarlar” və ya “fans” kateqoriyalarından birini seçə bilər. Əgər mübahisə etmək istəyirsə, “trollar” meydana gələcək. Hər bir “istifadəçi” mənalı bir ad alacaq, məsələn, “Realist Rita” və ya “Patriot Conni”. Seçimdən asılı olmayaraq, bütün botlar nəzakətlə ünsiyyət qurur.
Tərtibatçı Maykl Seyman və onun “Friendly Apps” şirkəti proqramı 2022-ci ilin yazında hazırlayıb. Tezliklə 3 milyon dollar investisiya cəlb edə biliblər. Onlar insanlara eşidilmələri və başa düşülmələrinə kömək etmək və istifadəçilərə “düşüncə qidası” vermək üçün SocialAI yaradıblar.
Seyman qismən sosial şəbəkələri, qismən də gündəlikləri rəhbər tutub. Buna görə də mövcudluğu yalnız süni intellekt sistemlərinin inkişafı ilə mümkün olan bir növ “sehrli gündəlik” ortaya çıxıb.
“SocialAI Friendly” Apps-ın üçüncü proqramdır. Bundan əvvəllər musiqi qrafiki saytı AI Hits və tanışlıq xidməti Cosmic üzərində işləyib.
Azpost.info
