Karib dənizində Fransa və Niderlandda məxsus kiçik Sen-Marten adası turistlərin ən məşhur ziyarət məkanlarından biridir.
Azpost.info bildirir ki, adanın məşhurluğuna səbəb onun çimərliyi deyil. Şahzadə Yuliana adına hava limanının uçuş-enmə zolağı çimərliyin bir neçə metrliyində yerləşir. Təyyarəni hava limanına endirmək üçün pilotlar çimərliyə gələn turistlərin başları üzərindən uçmağa məcbur olurlar.
Elə o zaman da möhtəşəm görüntülər ortaya çıxır.
Bu səbəbdən adaya hər il minlərlə fotoqraf ziyarət edir.